Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin İsrail dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub.
Modern.az-ın xəbərinə görə, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşılayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Baş naziri Benyamin Netanyahu birgə foto çəkdiriblər.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.