Bu il Rusiya Federasiyasında xüsusi xidmət orqanlarının səyi nəticəsində qarşısı alınan terror aktlarının sayı açıqlanıb.
Modern.az-ın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov deyib.
FTX-nın baş direktoru general-polkovnik deyib ki, bu il Rusiya xüsusi xidmət orqanları 42 terror aktının qarşısını ala bilib.