Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mətbuat Şurası evsiz jurnalistlərin siyahısını yığır - Şərtlər

Mətbuat Şurası evsiz jurnalistlərin siyahısını yığır - Şərtlər
Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. İclasda jurnalistlər üçün tikilmiş çox mərtəbəli evin mənzillərinin bölüşdürülməsi meyarlarının müəyyənləşdirilməsi ətrafında müzakirələr aparılıb.


MŞ-dan “Qafqazinfo”ya verilən məlumata görə, toplantını açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu ilin iyulun 22-də Mətbuat Şurasının yeni binasının açılışı zamanı Şuranın İdarə Heyətinin üzvləri ilə görüş keçirdi. Görüşdə jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı da müxtəlif təkliflər səsləndi, müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Elə həmin gün dövlət başçısı jurnalistlərə mənzil tikintisi üçün vəsait ayrılmasını nəzərdə tutan sərəncam imzaladı: «Bu gün biz yenə də bu salonda həmin mənzillərin bölgüsü meyarlarını müəyyənləşdirməliyik. Mətbuat Şurası mənzil tikintisi ilə əlaqədar təklif səsləndirdiyi, habelə media ictimaiyyəti ilə daha sıx əlaqələrə malik olduğundan həmin mənzillərin bölgüsü prosesində də iştirak edə bilər. Ümidvaram ki, dəyərli təkliflərinizlə jurnalistlər üçün mühüm əhəmiyyət daşıyan prosesin layiqli şəkildə başa çatdırılmasına köməyinizi əsirgəməyəcəksiniz». 

 Müzakirələr gedişində müxtəlif təkliflər səsləndi. Bildirildi ki, bu prosesdə kütləvi informasiya vasitələrinin üzərinə də məsuliyyət düşür. Çünki hazırda praktik fəaliyyət göstərən jurnalistlər əsasən redaksiyalarda cəmləşiblər. Həmin redaksiyaların əksər hissəsi isə Azərbaycan Mətbuat Şurasının üzvləridirlər. Buna görə də Şura quruma üzv olan media orqanlarından təkliflər qəbul etməlidir. MŞ-yə üzv redaksiyalar əməkdaşlarından kimin daha layiqli olduğunu müəyyənləşdirməlidirlər. Mənzillərdə say məhdudiyyəti olduğundan bu amil onlar tərəfindən nəzərə alınmalıdır. 

 Son 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada 5 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər. 

 Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər. 

Redaksiya:

İclasını çağırmalı, namizəd(lər)ini müəyyənləşdirməlidir;

 Azərbaycan Mətbuat Şurasına məktub ünvanlamalıdır (möhürlü və imzalı).

Redaksiyanın məktubunda yer almalıdır:

Namizədin şəxsiyyət vəsiqəsinin surəti;

Namizədin əmək kitabçasının surəti;

Namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı);

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin adına evin (mülkün) olmadığını təsdiqləyən sənədin əsli;

 Namizədin tərcümeyi-halı.

 Qeyd1: KİV redaksiya iclasının vaxtını Azərbaycan Mətbuat Şurası ilə razılaşdırmalı və həmin iclasda Mətbuat Şurasının nümayəndəsi də iştirak etməlidir.

 Qeyd2: Göstərilən sənədlər iyun ayının 15-dək Azərbaycan Mətbuat Şurasına təqdim edilməlidir. 

Azərbaycan Mətbuat Şurası toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına təqdim edəcək.


Teqlər:
Bu xəbər cəmi 1395 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR