Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Avropa İttifaqında istifadə olunan silah növlərinin sayını azaltmağı təklif edib.
Qafqazinfo xəbər verir ki, qurum rəhbəri bu təklifi konfransda çıxışı zamanı irəli sürüb. Onun sözlərinə görə, hazırda Avropada təqribən 174 növ silah var və bu sayı azaltmaq daha yaxşı olardı. Yunkerin fikrincə, Avropaya yalnız 1 növ tank və vertolyot kifayət edər.
Ekspertlər isə AK prezidentinin bu təklifini reallıqdan uzaq hadisə kimi dəyərləndirirlər. Onlar bildirirlər ki, silah bazarında çoxlu növ texnikanın olması rəqabəti və adekvat qiyməti təmin edir.