Ötən həftəsonu OPEC və kartel üzvü olmayan ölkələrin hasilatın əhəmiyyətli dərəcədə azalması ilə bağlı əldə etdikləri razılıqdan sonrakı ilk alqı-satqı əməliyyatlarında neftin qiyməti xeyli yüksəlib.
Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 10:15-ə olan məlumata görə, dünya birjalarında “Brent” markalı neftin 1 barrelinin fevral fyuçersi 56,75 dollara satılır.
Bu, cümə günü gücə qeydə alınmış göstəricidən 2,42 dollar, yaxud 4,45% çoxdur.