Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan XİN: "Həmsədrlərin bəyanatında mövcud vəziyyətin təhlükəli olması öz əksini tapır"

Azərbaycan XİN:


ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında bir daha mövcud vəziyyətin qəbuledilməz və təhlükəli olması və hər zaman gərginləşə biləcəyi öz əksini tapır.




Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını şərh edərkən deyib.



Onun sözlərinə görə, bəyanatda münaqişənin mərhələli yolla həlli üçün atılmalı olan addımlar sadalanır ki, burada da ilk addım Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafında olan ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtmasının təmin olunmasıdır:



"Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalır. Aprel ayında qoşunların təmas xətti boyunca mülki Azərbaycan əhalisinin, şəxsi və dövlət mülkiyyət obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən ağır silahlardan hədəfə alınması və nəticə etibarilə, Ermənistanın təhriki və təxribatı ilə başlayan gərginlik bir daha mövcud status-kvonun qəbuledilməz olduğunu sübut etdi".



H.Hacıyev bildirib ki, bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi üçün ilk addım Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasıdır:



"Azərbaycan Vyana və xüsusilə Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndirir. Həmsədrlərin bəyanatında qeyd olunduğu kimi, Azərbaycan tərəfi hal-hazırda gündəlikdə olan işçi təkliflər əsasında substantiv danışıqlar vasitəsilə münaqişənin həllinin və regionda davamlı sülhün bərqərar olmasının tərəfdarıdır. Amma Ermənistan tərəfi substantiv danışıqlardan yayınmaq üçün şərtlər və bəhanələr irəli sürür, görüşlərdən yayınır, Vyana və Sankt-Peterburq razılaşmalarına zərbə vurur, cəbhədə gərginlik yaradır və açıq şəkildə sülh prosesini pozmaq siyasəti yürüdür. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirmək, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişmək cəhdlərini davam etdirməsi Ermənistan tərəfinin əsl niyyətini ortaya qoyur".



XİN rəsmisi qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi addımlarına adekvat münasibət bildirməli, Ermənistanın danışıqlar prosesində konstruktiv və xoş niyyətlə iştirakını təmin etmək üçün zəruri addımlar atmalıdırlar.


Teqlər:
Bu xəbər cəmi 1735 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR