Daxili İşlər Nazirliyi Əmircan qəsəbəsində baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, dekabrın 7-də saat 16 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində Bakı şəhər sakinləri Emil Babayevin idarə etdiyi "BMW" və Əbdülbağı Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə Ə.Bağırov və sərnişinləri, arvadı Günel və oğlu Xalid xəstəxanaya yerləşdirilib. Azyaşlı Xalid orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Qəzaya düşən BMW avtomobilini idarə edən Emil Balayevin "Qarabağ" klubunun qapıçısı olduğu bildirilir.