Ötən il olduğu kimi, bu il də ən çox qazanan videobloger isveçli Feliks Çelberqdir. YouTube-da "PewDiePie" niki ilə tanınan bu blogerin illik gəliri 15 milyon dollardır.
2-ci yeri "Markiplier" nikli letspleyer və oyun şərhçisi Mark Fişbax tutub. Onun gəlirləri 5,5 milyon dollardır.
Reytinqdə 3-cü yerdə "HolaSoyGerman" nikli çilili komik, musiqiçi, müğənni və yazıçı Erman Qarmendiya 5,5 milyon dollarla qərarlaşıb.
Amerikalı müğənni, komik və aktrisa, "Miranda Sings" kimi tanınan Kollin Bollincer 5 milyon dollarlıq gəlirlə 4-cü yerdədir.