Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Dəm qazı zəhərlənməsi ilə bağlı 454 nəfər müraciət edib” - Baş toksikoloq

“Dəm qazı zəhərlənməsi ilə bağlı 454 nəfər müraciət edib” - Baş toksikoloq


“Bu il Kliniki Tibbi Mərkəzə dəm qazı zəhərlənməsi ilə bağlı 454 nəfər müraciət etsə də, ölüm hadisəsi qeydə alınmayıb”. 



Qafqazinfo” xəbər verir ki, bu sözləri Respublikanın baş toksikoloqu Azər Maqsudov jurnalistlərin suallarını cavablandıran zaman deyib. Həkim bildirib ki, ölkəmizdə dəm qazından zəhərlənmə halları daha çox hamam otağında olur:



“Çox vaxt hamam otağının qapısı, nəfəslik bağlı olur. Bu səbəbdən də 10-15 dəqiqəlik az bir zaman ərzində zəhərlənmə hadisəsi baş verir. Əgər xəstənin huşu üstündə olarsa, vaxt o qədər də önəmli deyil. Ancaq huşunu itirərsə, çox vaxt ağır nəticələri olur. Dəfələrlə bildirmişik ki, dəm qazının nə qoxusu var, nə də ki hər hansı bir əlaməti. Xəstələr deyir ki, həmin vaxt hava çatışmazlığı olur, ürək döyüntüləri sürətlənir, gözləri qıcıqlanır. Ancaq bu dəm qazının yox, qazda olan hər hansı bir qatqılardan yaranan əlamətlərdir”.



Baş toksikoloq dəm qazından zəhərlənmiş xəstələrə ilkin yardımın vacib olduğunu vurğulayıb:



“Xəstə mütləq qapalı şəraitdən çıxarılmalıdır. Bədənin hərarəti düşdüyü üçün başı örtülməlidir. Daha sonra isti bir içki verilməlidir və mütəxəssis nəzarətində saxlanılmalıdır”.



Toksikoloq onu da qeyd edib ki, 2016-ci ildə 8 nəfər sirkə turşusundan zəhərlənərək ölüb: “Mərkəzə gətiriləndə onların vəziyyəti çox ağır idi. Ümumilikdə isə, sirkə turşusundan zəhərlənmə ilə bağlı hər ay 5-6 müraciət daxil olur. Vəziyyətləri çox vaxt ya ağır, ya da orta ağır olur.



Yay aylarında göbələkdən zəhərlənməylə bağlı 26, ilan sancması ilə bağlı isə 114 nəfər müraciət edib. Hadisələr zamanı ölüm faktı olmayıb. Həm dərman preparatları, həm də sirkə turşusunun intihar məqsədi ilə qəbulu ümumi müraciətlərin 3%-ni təşkil edir.



Azyaşlılara gəlincə isə, ümumi il ərzində 68 uşaqla bağlı müraciət olunub, onlardan da 42 nəfəri dərman, qalanları isə dəm qazından zəhərlənib”.


Teqlər:
Bu xəbər cəmi 1415 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR