Milli Məclisin plenar iclası öz işinə başlayıb.
Modern.az-ın xəbərinə görə, iclasda deputatlar və hökumət nümayəndələri 2017-ci ilin büdcə zərfini müzakirə edirlər/
Qeyd edək ki , büdcə zərfinə "2017-ci il dövlət büdcəsi haqqında", "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında", "2017-ci il üçün yaşayış minimumu haqqında", " 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında", “Milli Məclisin 2017-ci il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir.