Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun baş müşaviri Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi olduğu üçün saxlanılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kamal Kılıçdaroğlunun baş müşaviri Fatih Gürsul İstanbul Cümhuriyyət Baş Prokurorluğunun qərarı ilə Ankarada həbs olunub.
Fatih Gürsul saxlanıldıqdan sonra evində axtarış aparılıb. Onun FETÖ ilə əlaqəsi olduğu və təşkilatın gizli əlaqə vasitəsi olan "Bylock”dan istifadə etdiyi iddia edilir.