Ermənistanda ən sürətlə inkişaf edən iqtisadiyyat sektoru xidmət sahəsidir. Həır halda, rəsmi statistika belə deyir.
Virtualaz.org “Haykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, bu ilin 10 ayı ərzində xidmət sahəsi üzrə Ermənistanda 7,7%-lik artım müşahidə olunub.
Məlumatlara görə, xidmət sahəsinin belə sürətli artımına səbəb kazinolardır. Bunu bariz sübut edən isə yenə də rəqəmlərdir. Belə ki, Yerevanda və Ermənistanın digər vilayətlərində xidmət sahəsi 10-12,5 faiz artıbsa, kazinoların cəmləşdiyi Kotaykda bu göstərici 90%-ə bərabər olub.