Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"NURGÜN MOTORS"UN XARAB MAŞINLARI...

Son 1 ildə Avropada yaşanan borc böhranı ən çox avtomobil sektorunu vurub. Avtomobil satışı 1990-cı ildən bu tərəfə ən pis dönəmini yaşayır. Yanvar ayında satışlar 8,6 faiz düşərək 885 min təşkil edib. “Ford”un satışı 26 faiz, “Peudeot” və “Tayota”nın satışı 16 faiz azalıb. Satışla bərabər avtomobillərin qiymətləri də düşüb. Diqqəti çəkən avtomobil sektorunda baş verənlərin Azərbaycanın avtomobil bazarında hiss edilməməsidir. Xüsusilə Avropa istehsallı avtomobillərin qiymətləri 1 il əvvəlki səviyyəsindədir. Bu da bazardakı qiymətlərin avtomobil sektorunda baş verənlərdən kənarda tənzimlənməsi deməkdir. Xüsusilə qiymətlərin hələ də əlçatan olmamasında rəsmi dillerlərin rolu var. Publika.Az bir sıra avtomobil markalarının Azərbaycanda satışını təmin edən “Nurgun Group“un qiymət siyasətini, alıcıların cibinə necə girməsi ilə bağlı araşdırmasını təqdim edir. Qeyd edək ki, “Nurgun Group” “Nissan”, “Ford”, “Renault”, “İnfiniti” markalı avtomobillərin satışı və servis xidmətlərini təşkil edir. Hər bir vətəndaş bu avtomobilləri bazar dəyərindən baha, yüksək kredit və sərfəli olmayan sığorta şərtləri ilə şirkətin salonlarından əldə edə bilər. Qısası, ”Nurgun Group” alıcının cibinə şəriksiz-filansız girmək üçün özünə hər bir “şərait” yaradan şirkətlərdəndir. Necə? Başlayaq şirkətlər qrupunun yarandığı tarixdən etibarən “Nurgun Motors“un rəsmi distribütorluğu ilə satışını apardığı “Nissan“ avtomobillərindən. Hər bir modelinə 3 il müddətinə və ya 100.000 km zəmanət verilən bu avtomobillər bazar dəyərindən baha qiymətə satılması təkzib edilməyən fakta çevrilib. Lakin məsələ təkcə bu deyil. “Nurgun Motors“un satdığı “Nissan” avtomobillərinin Yaponiyada deyil, Hindistanda istehsal edildiyinə dair iddialar var. Xüsusilə bu iddialar avtomobillərin keyfiyyətindəki problemlərə əsaslanaraq ortaya çıxıb. Bahalı bank faizləri Bu gün “Nissan”nın modellərinə daxil olan “Maxima”, “GT-R”, “Altima-New”, “Sunny”, “Teana”, “Nissan Micra”nın nəqd satışdan əlavə kreditlə satış təklif edilir. Reklam kampaniyalarında kreditlərin illik bank faizlərinin 16, ilkin ödənişin 15 faiz olduğu göstərilir. Lakin alıcının bu şərtlərlə maşın sahibi olmaq arzusu “Nissan”ın Cənubi Qafqaz regionundakı ən iri və geniş salonuna ayağını basdığı anda puç olur. Elə şərtlər irəli sürülür ki, avtomobil satışı qiymətindən azı 3 min manat, bazar dəyərindən isə 2 dəfə baha başa gəlir. Bildirək ki, şirkətin avtomobillərinin kreditlə satışı əsasən “NBC Bank” ASC-nin (“NBC Bank” ASC ”Nurgun Group”a daxildir) vasitəsilə aparılır. Bank partnyor avto krediti, eləcə də digər avto kreditlər təklif edir. Partnyor avto krediti sırf ”Nurgun Group”un gətirdiyi “Nissan”, “Ford”, “Renault”, “İnfiniti” avtomobillərinə hesablanıb. Kreditin ümumi məbləği 100 000 AZN, ödənmə müddəti 60 ay, illik faiz dərəcəsi 12-22 faiz olmaqla verilir. Lakin partnyor tərəfindən verilmiş qaimə-arayışı banka təqdim edəndə bəlli olur ki, kreditin faizi 22-dir. 12 simvolik olaraq 22-nin əvvəlinə atılıb. Digər şərtlər də tükürpədicidir. Şirkət baha qiymətə avtomobil satdığını özü də anlayaraq bunun müqabilində gələcək riskləri qarantiyaya almaq üçün bütün variantları düşünüb tapıb. Konkret olaraq kreditləşmə zamanı girov kimi alınmış avtomobilin özü çıxış edir. İlkin ödəniş 10 faiz olmaqla, kreditin verilməsinə görə 2 faiz komisyon haqqı irəli sürülür. Tələb olunan sənədlərə ərizəçinin şəxsiyyət vəsiqəsi, zamin(lər)in şəxsiyyət vəsiqəsi (tələb olunarsa), iş yerindən (təqaüd haqqında) arayış və ya biznes, partnyor tərəfindən verilmiş qaimə-arayış daxildir. Bir şirkətin daxilində ötür-ötür oyunu “Nurgun Motors“un satdığı avtomobillərin sığortası bir qayda olaraq “Nurgun Group”a daxil olan “Rəvan Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Yəni salondan maşın alarkən vətəndaşın ayrı sığorta şirkət ilə müqavilə imzalamaq seçimi qalmır. Daha doğrusu, bu seçim ona verilmir. Sığorta sektorunda kifayət qədər az paya malik, əsasən “Nurgün Motors“un satdığı avtomobillərin sayəsində mövcudluğunu qoruyub saxlayan “Rəvan” Sığorta Şirkəti (2013-cü ilin yanvar ayında şirkətlər üzrə hesablanmış sığorta haqları və sığorta ödənişlərinin həcmi ən aşağı “Rəvan” Sığortada olub. Şirkət cəmisi 234 274,14 manat sığorta haqqı toplayıb) isə bir çox hallarda müqavilənin şərtlərini “unudur”. Qəza, yanğın baş verdikdə məsuliyyəti üzərindən atır. Avtomobil yenidən salona qayıdır Azərbaycanda avtomobil krediti maşın sahibi olmaq istəyənin əlindəki vəsaitə əlavə kimi nəzərdə tutulur. Yəni sıfırdan gedib salondan kreditə maşın almaq mümkün deyil. İlkin ödəniş, bank sənədləşdirmələri zamanı alıcı elə soyulur ki, sonrakı aylarda anutet ödəmədə çətinliklərlə üzləşir. Araşdırmalar göstərir ki, avtomobil sahibi krediti ödəyə bilmədikdə, maşın “NBC Bank” ASC-nin sərəncamına keçir. Bank isə maşını yenidən şirkətin salonuna qaytarır. Avtomobil sahibinin əvvəlki aylarda ödədiyi kredit və ilkin ödəniş isə geri qaytarılmır. Şirkət avtomobili 5000 min manat bahasına satır Yuxarıda qeyd etdiyimiz kimi, “Nurgun Motors” “İnfiniti” modelinin Azərbaycandakı rəsmi distrübyutorudur. Bütün dünyada “İnfiniti” modeli ucuzlaşdığı halda bizim ölkədə hələ də baha qiymətə satılır. Eləcə də hazırda Avropada satışları düşən “Ford”u, “Renault”u misal çəkmək olar. “Ford”un rəsmi saytında bəzi modellərinin “-C-Max”, “Ford Galaxy”nin qiymətləri açıqlanmasa da, qiymətləri göstərilən modellərdə bu fərq fantastikdir. “Ford Fiesta” 15 539 manata, “FOCUS” 17900 manat, “KUGA” 25 900 manat, “Explorer” 45 900 manata təklif edilir. Təkcə “Ford Fiesta”nın yeni modellərinin Avropa bazarında qiyməti 9,795 avrodur. Nəzərə alsaq ki, daşınma xərcləri istehsalçının özü tərəfindən ödənilir, bir markada “Nurgun Motors” 5000 manat irəli düşür. Hələ bu salondakı nağd qiymətdir. Kreditlə satışı nəzər aldıqda qazanc 7 000 manata qədər artır. “Maxima” ilə bazara girdi”, Sunny”də ilişib Əslində “Nurgun Motors”un bahalı satış siyasəti həyata keçirməsinə rəğmən, bazarda bu qədər oturuşması "Sanballı kişilər üçün" reklamları ilə “Maxima” modelinin satışından sonra başladı. “Nissan Maxima”lar hökumətin yüksək vəzifə sahiblərinə xidməti maşını kimi alındı. Kifayət qədər qazanan “Nurgun Motors” sonra “Nissan”ın kiçik modellərini gətirməyə başladı. Bütün gücünü C segmentə verdi. Hazırda da şirkətin satışlarınını 65-70%-i C segmentin payına düşür. “Ford”un, “Renault”un rəsmi distrübyutoru olsa da, bütün fəaliyyətini “Nissan” modellərinin satışına yönəldib. İki ildir “Sunny” və “TEANA”-nın fasiləsiz aparılan reklamlarını buna misal çəkmək olar. \ publika.az \

Teqlər:
Bu xəbər cəmi 2935 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR