Ukraynanın Maliyyə Nazirliyi “Ukrtransnafta” dövlət müəssisəsi tərəfindən Cənub neft magistralı vasitəsilə 262 min ton Rusiya neftinin nəqlinə qadağa qoyub.
Virtualaz.org saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş direktorun I müavini Andrey Pasişnik bildirib.
Onun sözlərinə görə, Maliyyə Nazirliyi Ukrayna və azərbaycan arasında olan razılaşmalara qarşı çıxır və problemin həlli əvəzinə qadağa qoyur.
Xatırladaq ki, noyabrın 4-də “Ukrtransnaft”a Ukraynanın baş naziri Vladimir Qroysmana müraciət edərək tez bir vaxtda Odessa-Kremençuq neft kəmərini dolduran “Urals” markalı neftin “Azeri Light” markası ilə əvəzləməyə razılıq verməyə xahiş edib.
Noyabr ayının 2-də isə “Ukrtransnafta” və “Ukrtatnafta 4 milyon Azərbaycan neftinin zavoda nəql olunmasına dair protokol imzalayıb.