Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün günorta saatlarında Maştağa qəsəbəsində qeydə alınıb. 168 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu 2010-cu il təvəllüdlü Nəzir Bəhruz oğlu Xuduyevi vuraraq öldürüb.
Məlumata görə, N. Xuduyev orta məktəbin birinci sinfində oxuyur. Hadisə anası onu məktəbdən evə aparan zaman baş verib. Uşaq qəfildən anasının əlindən çıxaraq yola qaçıb, nəticədə avtobus onu vurub.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.