Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda 80 minə yaxın saxta profil istifadəçisi var

Azərbaycanda 80 minə yaxın saxta profil istifadəçisi var


Azərbaycanda 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. Bütün ölkələr üzrə orta hesabla ümumi istifadəçilərin 4%-ə qədəri saxta profildən istifadə edir. Yəni, ümumi olaraq bizdə 80 000-ə yaxın saxta profil istifadəçisi var.




Azvision.az xəbər verir ki, bu barədə deputat Tahir Mirkişili bildirib. Millət vəkili qeyd edib ki, bütün dünyada saxta profillərlə və saxta profil üzərindən təhqir və böhtan fəaliyyəti ilə mübarizə aparılır.



"Bir neçə gün öncə ABŞ-da birinci xanım Mişel Obamanı təhqir etdiyinə görə şəhərin meri işdən azad olunub. Böyük Britaniya və Fransa kimi ölkələrdə saxta profil üzərindən təhqir və böhtan fəaliyyəti 3 ilə qədər həbs və 48 000 avroya qədər cərimə ilə cəzalandırılır. Ancaq cəzaların əsas məqsədi cinayətə səbəb olacaq hərəkətlərdən çəkindirməkdir. Əgər kimsə saxta profil açıb, digər istifadəçilərin hüququnu pozaraq onu təhqir etmirsə və ya ona böhtan yağdırmırsa, onda bu qaydalar o istifadəçiyə şamil edilmir. 



Qeyd etmək lazımdır ki, artıq sosial şəbəkə sahibi olan korporasiyalar qanunun tələb əsasında saxta profil istifadəçilərin İP ünvanlarını bölüşürlər. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, istifadəçilər istənilən bir tənqidi və tərifli fikir söyləməkdə və fikirlərini azad ifadə etməkdə (təhqir və böhtan istisna olmaqla) tam sərbəstdirlər. Sosial şəbəkələrdə ünsiyyət həm bir mədəniyyət göstəricisidir".



Xatırladaq ki, baş prokuror Zakir Qaralov tərəfindən Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi təklif edilib.



Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Teqlər:
Bu xəbər cəmi 2150 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR