Türkiyənin İzmir şəhərində terror təhlükəsi ilə əlaqədar 20 binadan insanlar təxliyə olunub.
Trend-in verdiyi məlumata görə, polis şəhərin Karşıyaka rayonundakı biznes mərkəzində terror aktı ilə bağlı xəbərdarlıq alıb.
Xəbərdarlıqdan dərhal sonra polis və xilasedicilər sakinləri bölgədən uzaqlaşdırmağa başlayıblar.
Hazırda ərazidə partlayıcı qurğu üzrə mütəxəssislər çalışır.