“Gənclik Mall”da həyəcanlı anlar yaşanıb.
BakiPost.az xəbər verir ki, binanın tavanından asılmış qalın plastik materialdan hazırlanan nəhəng Yeni il şarlarından bir neçəsi qoparaq yerə düşüb.
Xoşbəxtlikdən səhər saatları olduğundan ticarət mərkəzində az insan olub və bu səbəbdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Şarların yerə düşərək çilik-çilik olması isə insanlar arasında təşviş yaradıb.
Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik: