Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezident Administrasiyasının şöbə müdiri: “Şikayətlərin sayı azalıb”

Prezident Administrasiyasının şöbə müdiri: “Şikayətlərin sayı azalıb”


“Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, Azərbaycan vətəndaşları dövlət başçısının yeritdiyi iqtisadi və sosial siyasəti ürəkdən bəyənir, insanlara qayğı göstərilməsi ilə bağlı dövlət məmurları qarşısında qoyduğu ciddi tələbləri tam dəstəkləyirlər”. APA-nın “Azərtac”a istinadən verdiyi xəbərə görə, bunu Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov deyib.

S. İsmayılov qeyd edib ki, Prezident Administrasiyasına vətəndaşlardan daxil olan müraciətlərdə qaldırılan məsələlərin həlli üçün qanunvericiliyə uyğun olaraq müxtəlif araşdırma, nəzarət və təhlil formalarından istifadə olunur: “Prezident Administrasiyasında keçirilən şəxsi qəbullarda vətəndaşları narahat edən problemlərin operativ həlli üçün əlaqədar dövlət orqanları və təşkilatlar qarşısında məsələ qaldırılır. Bu işdə müraciətlərə nəzarətlə baxılması və belə müraciətlərlə əlaqədar görülən tədbirlər xüsusi qeyd olunmalıdır”.

Şöbə müdiri deyib ki, Prezident Administrasiyasında nəzarət qaydasında baxılmış müraciətlərin sayı bu il daha da artıb: “Onların bir çoxu müsbət həll olunub, qalanları barədə izahat verilib, qaldırılan bir sıra məsələlərin həlli növbəti illərin inkişaf planlarına salınıb. Məhz vətəndaşların əsaslı müraciətlərinin araşdırılması nəticəsində təkcə bu ilin əvvəlindən ayrı-ayrı vəzifəli şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib, bəziləri işdən kənarlaşdırılıb”.

S. İsmayılov vurğulayıb ki, Azərbaycan vətəndaşlarının Prezident Administrasiyasına göndərdikləri müraciətlər formasından asılı olmayaraq, hamısında bir fikir qırmızı xətt kimi keçir: “Mən Prezidentə çox inanıram və onun siyasətini dəstəkləyirəm”.

Şöbə müdiri bildirib ki, daxil olan məktubların içərisində bir xeylisi problemlərinin həll olunmasına görə minnətdarlıq hissinin ifadə olunduğu məktublardır. 

S. İsmayılov müraciətlərə baxılmasının yaxşılaşdırılması üçün bəzi yeniliklər edildiyini də vurğulayıb: “Keçən ilin sonlarından başlayaraq hazırlanıb tətbiq edilmiş yeni proqram əsasında vətəndaşların elektron qəbula yazılması təmin edilib. Artıq Bakıya gəlmədən Prezident Administrasiyasının struktur bölmələri rəhbərlərinin qəbuluna yazıla bilirlər. Bunun üçün vətəndaşlar yaşadıqları şəhər və rayondan Prezidentin rəsmi saytı vasitəsilə istədikləri vəzifəli şəxsin qəbuluna yazılır və təsdiq edilmiş cədvələ uyğun qəbula gəlirlər. Bu ilin əvvəlindən yüzlərlə vətəndaş məhz elektron formada qəbula yazılmaq üçün müraciət edib, bir çoxu qəbula yazılıb, yaxud kimə və haraya müraciət etməli olduqları barədə onlara elektron izahat verilib”. 

Şöbə müdiri qeyd edib ki, Prezidentin rəsmi saytında “Vətəndaşların müraciətləri” menyüsü də daim təkmilləşdirilir: “Artıq bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında isə vətəndaşların birbaşa videoqəbulu təşkil edilir”.



S. İsmayılov deyib ki, 2012-ci illə müqayisədə bu ilin əvvəlindən indiyədək Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, dövlət qulluğuna qəbul, mənzil, tikinti, məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyəti, ipoteka kreditlərinin verilməsi ilə bağlı müraciətlərin sayı artıb: “Şəhər və rayon icra hakimiyyətlərinin, o cümlədən onların nümayəndələrinin fəaliyyəti, özəlləşdirmə, ekologiya, sosial müdafiə, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər, məişət və su təchizatı məsələləri üzrə müraciətlərin sayı azalıb. Vətəndaşların qəbulunu bəzən birinci şəxslərin özlərinin aparmadığı, ayrı-ayrı idarələrdə müraciətlərə vaxtında cavab verilmədiyi, qəbul zamanı verilmiş vədlərin heç də həmişə yerinə yetirilmədiyi göstərilir və belə halların aradan qaldırılması xahiş edilir. Müraciətlərin növlərinə gəldikdə isə qeyd etməliyik ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə şikayətlərin faiz nisbəti azalıb”.

S. İsmayılov qeyd edib ki, nazir və komitə sədrlərinin bölgələrdə mütəmadi qəbullar keçirməsi də əhali tərəfindən müsbət qarşılanıb: “Təkcə aprel ayında 20 mərkəzi icra hakimiyyəti orqanının rəhbəri 60 şəhər və rayonu əhatə edən qəbullarda 2 min nəfəri qəbul edib, qəbullarda qaldırılan məsələlərin əksəriyyəti nəzarətə götürülüb, əsaslı müraciətlər müsbət həll olunub, qalanları barədə isə lazımi tədbirlər görülür. Bu qəbulların əsas məqsədi yerlərdə əhali ilə birbaşa ünsiyyət yaradılması, real vəziyyətin öyrənilməsi və mümkün olan hər bir məsələnin operativ həll edilməsidir”.


Teqlər:
Bu xəbər cəmi 1900 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR