ABŞ-da prezident seçkilərindən sonra Viskonsin ştatında səslər yenidən sayılacaq.
Milli.Az xəbər verir ki, səslərinin hesablanması bu gün başlanacaq və artıq bununla bağlı bütün işlər görülüb.
Qeyd olunub ki, 3 milyon səs "Yaşılların" namizədi Cill Staynın tələb etdiyi kimi ştatın əksər şəhərlərində əl ilə sayılacaq.
Məlumat üçün bildirək ki, belə bir hesablama son 16 ildə ilk dəfədir aparılacaq.
Xatırladaq ki, respublikaçı Donald Tramp Viskonsin ştatında Demokratik Partiyadan olan rəqibiHillari Klintonu 22 min səslə üstələyib.