Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Səfir Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmindən GİLEYLƏNDİ

Səfir Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmindən GİLEYLƏNDİ


Bu gün Bakıda "Fairmont" otelində Azərbaycan-Türkiyə İKT şirkətlərinin işgüzar görüşü keçirilib.



 



Modern.az xəbər verir ki, tədbir Azərbaycan Sabibkarlar (İşəgötürənlər) Təşkikatları Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyə Respubliksının Elektrotexnoloji Xidmətlərin İxracatçılar Birliyinin təşkilatçılığı ilə keçirilib.



Tədbir Türkiyənin İKT sahəsində fəaliyyət göstərən 12 şirkətdən ibarət nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində təşkil olunub. İşgüzar görüşdə Azərbaycanda İnformasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan 50-dən çox şirkət iştirak edib.



Tədbirdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev sözələrinə görə. Azərbaycanla Türkiyə arasında İKT, xüsusən də yüksək texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi vacibdir. "İKT şirkətlərimiz birləşərək birgə tərəfdaşlıq vasitəsilə beynəlxalq bazarlarda qarşılıqlı faydalı layihələr həyata keçirə bilərlər".



Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib ki, bütün sahələrdə olduğu kimi informasiya və kommunikasiya sahəsində də ölkələrimiz əməkdaşlığı əhəmiyyətlidir.



 



"Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin dünyada bənzəri yoxdu. Türkiyə ilə Azərbaycan stratejik əməkdaşlıqla yanaşı bir-birinə həm xoş gündə həm də dar gündə təmənnasız dəstək verən, sevincini, kədərini paylaşan iki qardaş ölkədir. Ölkələrimizin içində olduğu dünyanın içindən keçdiyi iqtisadi böhranlardan payını almaqdadır. Türkiyə ilə Azərbaycan arasında olan ticarət dövriyyəsi, iqtisadi böhranın təsiri ilə arzuolunan səviyyədə deyil. Hətta əvvəlki illərlə müqayisədə geriləmə müşahidə olunur. Ancaq biz 2023-cü ilə qədər qarşılıqlı ticarət həcmini 15 milyard dollar səviyyəsinə çatdırmaq hədəfimizdən daşınmış deyilik.



 



Azərbaycan hazırkı dövrdə çox əhəmiyyətli reformlar gerçəkləşdirib. Azərbaycan bu gün Cənubi Qafqazın ən öndə gedən ölkəsidir, bölgənin parıldayan ulduzudur. Bunun üçün də türk iş adamlarının Azərbaycana sərmayə yatırmasını təklif edirik. Bu günə qədər heçbir türk iş adamı Azərbaycan ticarət məkanından, yaradılan şəraitdən narazılığını bildirməyib. Azərbaycan bir çox sahələrdə əhəmiyyətli addımlar atıb.



 



Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi əlaqələr təkcə ticarət əlaqələrindən ibarət deyil. Ölkələrimiz arasında İKT sahəsində də əməkdaşlıq vacibdir. İnanıram ki, bu tədbir ölkələrimizin İKT sahəsində əməkdaşlığına önəmli töhvəsini verəcək".



Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Elektron idarəçiliyin inkişafı şöbəsinin müdiri Şəbnəm Məmmədovanın sözlərinə görə, Azərbaycanda İKT sahəsi  son illərdə surətlə inkişaf edən sahələrdən biridir.



“Bu sahə Azərbaycan Prezidentinin diqqətində olan və prioritet olan sahələrdən biridir. Azərbaycanda İKT qeyri-neft sektorunun inkişafında və iqtisadiyyatın diversifaksiyasında çox önəmli bir sahə kimi yerini alıb. Biz İKT-ye bir sahə deyil, digər sahələrin inkişafı üçün lazımlı bir vasitə olduğunu düşünürük. Türkiyə ilə Azərbaycanın İKT sahəsində əməkdaşlığı bu sahənin inkişafı üçün əhəmiyyətli ola bilər”.



Türkiyənin Elektrotexnoloji Xidmətlərin İxracatçılar birliyinin nümayəndəsi Səlahəddin Esimin bildirib ki, Türkiyə ilə Azərbaycanın hər sahədə olduğu kimi informasiya və texnologiyalar sahəsində də əməkdaşlıq etməsi çox vacib məsələdir.



“İstanbulun gələcək 25 ildə bu coğrafiyanın ticarət, finans və innovasiya mərkəzi olacağına inanırıq. 2 trilyon ümumdaxili məhsulu olan, 296 milyon əhalisi olan, 400 milyard dollar idxalat edən bu coğrafiyada Azərbaycanla bərabər hərəkət edəcəyik.  Azərbaycan və Türkiyənin gələcəyi çox parlaqdır.



 



Gələcəkdə biz də təcrübələrimizi, işlərimizi bu yöndə paylaşacayıq. Biz qarşıdakı zamanda işlərin daha parlaq olması üçün çalışırıq. Azərbaycanın kənd təsərrüfatı və turizm texnologiyaları sahəsində gələcəyini sığorta etmək üçün önəmli bir şəkildə işlərimizə davam edəcəyik”.


Teqlər:
Bu xəbər cəmi 1560 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR