Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 4,21 dollar bahalaşaraq 49,44 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 4,09 dollar artaraq 50,47 dollar olub.
AzərTAc xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 3,34 dollar bahalaşaraq 51,64 dollar təşkil edib.