İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları oktyabrın 27-də “Jay” kod adlı İŞİD-çinin liderlik etdiyi, xarici vətəndaşlardan ibarət qrupun üzvlərinin izinə düşərək onların ünvanlarını tapıb.
“Qafqazinfo” xəbər verir ki, Qaziantep, Şanlıurfa və Aydındakı ünvanlarda aparılan əməliyyatlar zamanı 12 Rusiya, 2 Azərbaycan, 2 Özbəkistan, 1 Tacikistan, eləcə də 8 Türkiyə vətəndaşı saxlanılıb.
Ədliyyəyə sövq edilən 23 şübhəli həbs olunub, digər 2 nəfərin isə polis bölməsindəki saxlanılma prosesi davam edir.