Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Təhsil Nazirliyinin Maliyyə İdarəsinin rəisi işdən çıxarıldı Şahrza Əliyev: “Bu vəzifədən öz ərizəmlə azad edilmişəm”

Təhsil Nazirliyinin Maliyyə İdarəsinin rəisi işdən çıxarıldı Şahrza Əliyev: “Bu vəzifədən öz ərizəmlə azad edilmişəm”
Təhsil Nazirliyinin Maliyyə İdarəsinin rəisi Şahrza Əliyev tutduğu vəzifədən azad edilib. Redaksiyamıza daxil olan bu məlumatı dəqiqləşdirmək üçün Ş.Əliyevin özü ilə əlaqə saxladıq. O, işdən çıxarılması haqda xəbəri təsdiqlədi və bildirdi ki, tutduğu postdan öz ərizəsi ilə azad edilib: “Mən ərizə yazaraq Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib təhsil sistemində başqa işə keçirilməyimi xahiş etmişəm. Buna uyğun olaraq da işdən azad edilmişəm”. Ş.Əliyev bildirdi ki, hələlik yeni işə keçirilməyib: “Amma mənə deyiblər ki, istədiyim yeni işə keçirəcəklər”. “İstefa ərizənizdə səbəb kimi nə göstərmisiniz” sualına onun cavabı belə oldu: “Heç bir səbəb göstərməmişəm, yazmışam ki, xahiş edirəm, məni tutduğum vəzifədən azad edib başqa işə keçirəsiniz”. Mediada zaman-zaman belə xəbərlər də dolaşıb ki, Ş.Əliyev Şeyxülislam Hacı Allahşükür Paşazadənin adamıdır. İndi isə onun məhz şeyxin adamı olması ilə bağlı işdən çıxarıldığına dair iddialar da var. Ş.Əliyev bu haqda deyilənləri təkzib etdi: “Xeyr, belə şey yoxdur. Sadəcə şeyx bizim yerlimizdir, bütün Qafqazın şeyxidir, onun bu işə heç bir aidiyyəti yoxdur”. Ş.Əliyev bu postda uzun illərdir çalışırdı. O, həmin posta 1993-cü ildə təyin edilib. Lakin bir müddət sonra Lidya Rəsulova təhsil naziri postuna təyin edildikdən sonra Ş.Əliyevi işdən çıxarıb. 1998-ci ildə isə sabiq təhsil naziri Misir Mərdanov onu yenidən Maliyyə İdarəsinin rəisi vəzifəsinə təyin etmişdi. Xatırladaq ki, Ş.Əliyevin adı Təhsil Nazirliyinin sabiq əməkdaşı Orxan Kərimovun həbsi zamanı tez-tez hallanmağa başlamışdı. Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri təyin edildiyi qısa müddət ərzində təhsil sistemində müxtəlif vəzifələr tutan 10-dan çox adamı vəzifədən azad edib. Bu onun kadr islahatları kimi də dəyərləndirilir. M.MAHRIZLI

Teqlər:
Bu xəbər cəmi 2090 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR