Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

RUSLAR VAHİD ƏLƏKBƏROVU İQTİDARA DAŞIYIR

RUSLAR VAHİD ƏLƏKBƏROVU İQTİDARA DAŞIYIR
DİA.AZ: - “LUKoyl” prezidenti, adı gündəmdən düşməyən “Milyarderlər ittifaqı”nın ən nüfuzlu simalarından biri Vahid Ələkbərov bu gün Rusiyanın sayılıb-seçilən milyarderlərindən biridir. Amma onun adı ilk dəfə olaraq bir neçə ay əvvəl Gürcüstanın dövlət başçısı Mixail Saakaşvilinin xəbərdarlıq xarakterli açıqlaması ilə həm də bir siyasi fiqur kimi də hallandırılmağa başlandı. Hətta ona daha da irəli gedərək «Azərbaycanın İvanaşvilisi» deyənlər də tapıldı. DİA.AZ bildirir ki, bu gün özünün varidatı ilə Rusiyanın hazırki siyasi hakimiyyətinə də borclu olan Vahid Ələkbərov təbii ki, Rusiyanın istənilən bir planında baş qəzhrəman obrazında çıxış etməyə müntəzirdir. Ən azından onun qarşısında «gözü çıxarılmış» qardaşlar nümunələri var. Xodorkovski, Berezovski, İsmayılov kimi tanınmış rusiyalı iş adamlarının acı aqibəti Vahid Ələkbərovu hətta Kremlin «Milyarderlər ittifaqı» layihəsinə cəlb edilməsinə qədər gətirib çıxardı. Xatırladaq ki, Saakaşvilinin xəbərdarlığına görə, Rusiya Vahid Ələkbərovu Azərbaycanda prezident postunda görür. Onun müxalifətdəki prototipi rolunu isə kinorejissor Rüstəm İbrahəimbəyov oynamaqdadır. O isə Milli Şura adlı bir ideyanı ortaya ataraq ənənəvi müxalifət qüvvələrinə də rus ssenarisinə uyğun olaraq rollar ayırıb. Amma bütün bunların baş rejissorunun məhz Kremlin olması sonda hansı «filmin» qalasının keçiriləcəyini hələ də qaranlıq saxlamaqdadır. Bununla bağlı DİA.AZ-a danışan hökumət içindəki qaynaq iddia edir ki, əslində Vahid Ələkbərovla bağlı məqamlar bu gün kimlər üçünsə qeyri-ciddi təəssüratı bağışlaya bilər, elə «LUKoyl» prezidentinin bu yöndəki passivliyi də belə bir qənaəti əxz etməkdədir: «Amma əbəs yerə. Çünki Rusiya bu müstəvidə olduqca ciddi, həmçinin israrlıdır. Rəsmi Bakının İranla yanaşı, Rusiyaya da elçilərini yollaması faktı da burada mühüm nüans kimi çıxış edir. Heç nə səbəbsiz deyil. Kim Elmar Məmmədyarovun, Əli Həsənovun, Ramiz Mehdiyevin Rusiyaya səfərlərinin rəsmi yönünə tutarlı izahat verə bilər, dolğun ad qoya bilər? Heç kəs! Çünki bu səfərlər sırf bağlı qapılar arxasında danışıqları nəzərdə tutub». Mənbəmiz iddia edir ki, məhz Saakaşvilinin məlum xəbərdarlığı ilə bağlı Bakıya yeni və həm də DAHA CİDDİ qaynaqlardan siqnalların daxil olması Azərbaycan iqtidarının hərəkətə keçməsinə nədən olub: «Ruslar yerlərində oturmayıblar. Onlar Azərbaycanın növbəti işğalını rəsmiləşdirmək istəyirlər. İndiki hakimiyyət artıq onların maraqları ilə tam ziddiyyət təşkil edir. Ona görə də Bakı-Novorossiyskdən imtina olundu. Doğrudur, indi Lavrov açıqlama verir ki, bu xətt üzərə yeni müqavilə imzalanacaq. Amma heç inandırıcı görünmür». Mənbəmiz bildirir ki, Vahid Ələkbərovun prezident kürsüsünə gətirilməsilə bağlı Bakını məlumatlandıran İsrailə aid mənbələr olub: «Hətta, bu niyyətin baş tutması üçün rusların düşündüyü təxribat planı da Bakıya təqdim olunub. Yəni bir sözlə, Saakaşvili haqlı imiş»…

Teqlər:
Bu xəbər cəmi 1465 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR