Azərbaycanda "Əmək" ordeni təsis edilib.
Report xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının "Əmək" ordeninin təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
"Əmək" ordeni ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycanın inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə təltif ediləcəklər.
"Əmək" ordeni döşün sol tərəfinə, digər orden və medallar olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılıb və qəbul edilib.