Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ekspert: "Tarif Şurasının son qərarları dövlətin aztəminatlı ailələri nəzərə alması deməkdir"

Ekspert:


"Tarif (qiymət) Şurasının son qərarları ilk növbədə sosial ədalət prinsiplərinə əsaslanıb və burada əsas məqsədlərdən biri də ölkənin enerji təhlükəsizliyinin təmin olunmasıdır".



Bunu Trend-ə açıqlamasında ekspert Bəhruz Quliyev deyib.



Onun sözlərinə görə, vətəndaşların gündəlik istifadəsi üçün kommunal xərclərin köhnə tariflərdə saxlanılması ədalət prinsiplərinə əməl olunmasından irəli gəlir və daha bir əhəmiyyətli faktor - dövlətin aztəminatlı ailələri nəzərə alması faktoru da sözügedən məsələdə öz əhəmiyyətini qoruyub-saxlayır: "Belə ki, Tarif Şurasının məlum qərarları kommersiya şirkətləri ilə sadə vətəndaşların ödənişində kifayət qədər fərq yaradır".



Ekspert həmçinin bildirib ki, bütövlükdə Tarif Şurası hər hansı bir qərar üzərində işləyərkən, ilk növbədə həmin qərarın təhlilini aparır və sonra yekun nəticəyə gəlinir: "Əgər nəzərə alsaq ki, dövlət başçısı, prezident İlham Əliyev cənabları xalqın sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atır, dövlətimiz bu və ya digər şəkildə mühüm sosial layihələr reallaşdırır, bu zaman mövcud qiymət dəyişikliklərində heç bir problemin olmadığını əminliklə deyə bilərik".



B.Quliyev deyib ki, burada daha bir nüans da var: "Məsələn, bir neçə ildir ki dünyada qlobal iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda Azərbaycanda kommunal qiymətlər, demək olar ki, Avropadakı ölkələrin hər birindən ucuzdur. Hətta yeni tarifin müəyyənləşdirilməsi də mövcud qiymətin ucuzluğunu qoruyub-saxlayıb. Belə olan halda qətiyyətlə deyə bilərik ki, vətəndaşların gündəlik istifadəsi üçün qaz və elektrik enerjisinin qiymətinin köhnə tariflərdə saxlanılması ədalət prinsiplərinin bariz göstəricisidir. Belə ki, tariflərin tənzimlənməsi ilə bağlı qərarlarda qeyd olunduğu kimi, qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyib. Ona görə ki, adi insanlar, yəni aztəminatlı ailələr qaz və enerjidən orada qeyd olunan rəqəmlərdən artıq istifadə etmirlər".



Ekspert qeyd edib ki, yeni rəqəmlər yalnız kommersiya şirkətləri üçün fərqli olacaq ki, bu qiymətlər də elə ciddi təsirlərə səbəb olmayacaq: "Daha dəqiq desək, yalnız böyük müəssisələr, istehsalat şirkətləri daha çox qaz və enerjidən istifadə edirlər və istifadə etdikləri enerjinin qiymətini ödəyərkən kəskin fərqi hiss etməyəcəklər".


Teqlər:
Bu xəbər cəmi 2560 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR