Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edir.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,02 dollar bahalaşaraq 47,08 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1 dollar artaraq 48,24 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,10 dollar bahalaşaraq 50,02 dollar təşkil edib.