Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 28-i ilə müqayisədə 0,3% artaraq 1,7246 manat təşkil edib.
Avrozonanın vahid valyutası avro da 0,29% möhkəmlənərək 1,8278 manat olub.