Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Duman, nasazlıq, idarə naşılığı? - Qəzanın səbəbləri

Duman, nasazlıq, idarə naşılığı? - Qəzanın səbəbləri
Fevralın 11-də Bakıda Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması xəbəri yayıldı. İlkin məlumata görə, «Mi-17» helikopteri radarlardan itərək Şıxov çimərliyi səmtində qəzaya uğrayıb.


Əvvəlcə helikopter heyətinin sayı məlum olmasa da, sonradan helikopterdə 3 nəfərin olduğu təsdiqlənib. Müdafiə Nazirliyinin gündüz saatlarına olan məlumatına görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində heyət üzvləri - kapitan Yaşar Əhmədov, baş leytenant Rüstəm Rüstəmov və leytenant Bəhruz Zeynalov həlak olublar. Rüstəm Rüstəmov və Bəhruz Zeynalovun ölüsü dənizdən çıxarılsa da, kapitan Yaşar Əhmədovun tapılması üçün axtarışlar davam edir.



DUMAN, NASAZLIQ, İDARƏ NAŞILIĞI?



Helikopterin qəza səbəbi hələ ki, dəqiqləşməyib. İlkin səbəblər sırasında hərbi maşının dumana düşməsi göstərilsə də, bu versiya rəsmi təsdiqini tapmayıb. ​​Müdafiə Nazirliyinin mətbuat xidməti olay barədə ətraflı məlumat açıqlanacağını bildirib. Mediada helikopterin partlayışdan sonra dənizə düşməsi versiyası da hallanıb.



Qəzanın şahidi Məhəmməd Haqverdiyevin məlumatı həmin versiyanın əsassızlığını üzə çıxarıb. O, «Turan» İnformasiya Agentliyinin müxbiri ilə söhbətində bildirib ki, güclü duman olduğundan helikopter aşağıdan uçurmuş və qəfildən daş kimi suya düşüb. Şahidin dediyinə görə, qəzadan öncə partlayış olmayıb.



Hərbi ekspert Ələkbər Məmmədov güman edir ki, helikopterin qəzaya uğramasına səbəb ancaq texniki nasazlıq ola bilər:



«Yəqin ki mühərrik imtina edib, hansısa alət sıradan çıxıb. Ola bilər sabah hesabat verilsin ki, hava tutqun olub. Ya da yıxacaqlar həlak olanların üstünə ki, düzgün idarə etməyiblər, amma əsil səbəb texniki nasazlıqdır. Rusiyanın hərbi texnikası dünyada ad qazanıb, amma belə deyil. Müasir standartlara cavab verib- verməməyi əsas məsələdir. ​​Ukrayna, Belarus köhnə texnikanı təmirdən çıxarıb Azərbaycana sırıyır, bizimkilər də alır».



Qaradağ rayonu ərazisində sahildən 300 metr aralıda dənizə düşən helikopterin axtarışlarına səhər saatlarından başlanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Sularda Xilasetmə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc və xilasediciləri hadisə yerinə cəlb olunub. Əraziyə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının dörd təcili yardım maşını da gedib. «Turan» İA-nın məlumatına görə, helikopter gündüz saat 3-də dənizdən çıxarılıb. Heyət üzvlərindən bir nəfərin axtarışı bitməyib. Hərbçilərin yaxınlarının da hazırda axtarış gedən ərazidə olduğu deyilir.



JURNALİSTLƏR HADİSƏ YERİNƏ YAXIN BURAXILMIR



«Turan» İnformasiya Agentliyinin Qaradağ rayon ərazisində olan əməkdaşı Əziz Kərimovun AzadlıqRadiosuna verdiyi məlumata görə, jurnalistləri dəniz sahilindən uzaqlaşdırırlar:



«Ərazidə polis maşınları var və heç kimi, hətta həlak olanların yaxınlarını da sahilə yaxın buraxmırlar».



Həmin qaynaq ərazidə həm polisin, həm də Fövqəladə Hallar Nazirliyinin maşınlarının olduğunu və axtarışların sürdüyünü deyir./azadliqradiosu/


Teqlər:
Bu xəbər cəmi 1195 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR