Azərbaycanın energetika naziri Natiq Əliyev noyabrın 28-də OPEK-ə üzv ölkələrin və bu quruma daxil olmayan ölkələrin yüksək səviyyəli komitəsinin ikinci iclasında iştirak edəcək.
Bu barədə Trend-ə Energetika Nazirliyindən bildiriblər.
Xatırladaq ki, OPEK sentyabr ayının sonlarında Əlcəzairdə keçirilən qeyri-rəsmi görüşdə neft hasilatının məhdudlaşdırılması barədə razılığa gəlmişdi. Bu barədə yekun razılaşmanın noyabrın 30-da keçiriləcək OPEK-in rəsmi iclasında əldə olunacağı gözlənilir.