Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə Trend Belarus prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.
Səfərin proqramına əsasən, Azərbaycan və Belarus prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulur. Prezidentlər Belarus-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, o cümlədən, ticari-iqtisadi əməkdaşlıq, birgə layihələr üzrə iş, investisiyalar, aqrar-sənaye kompleksi, idman sahələrində əməkdaşlıq məsələləri ilə bağlı müzakirə aparacaqlar.
Görüşlərin yekununda bir sıra sənədlərin imzalanması gözlənilir.
A.Lukaşenkonun baş nazir Artur Rasizadə ilə görüşü də planlaşdırılır.