Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ərdoğanın müşavirindən SƏRT TƏPKİ: "Bu bizim üçün mənasız kağız parçasıdır"

Ərdoğanın müşavirindən SƏRT TƏPKİ:


Türkiyə prezidentinin media müşaviri, sabiq millət vəkili Seyid Sərtçəlik Avropa Parlamentinin Avropa İttifaqı ilə Türkiyə arasında üzvlük müzakirələrinin dondurulmasını nəzərdə tutan qərara münasibət bildirib.



Seyid Sərtçəlik publika.az-a açıqlamasında deyib ki, sözügedən qərar Türkiyə üçün ciddi əhəmiyyət daşımır:



"Bu qərar Avropa Parlamentinin öz maraqları çərçivəsində Türkiyə əleyhinə qəbul etdiyi sənədlərdən biridir. Bu qərar beynəlxalq hüququn tələblərinə açıq şəkildə hörmətsizlikdir. Avropa Parlamenti Türkiyə daxilində terror aktları həyata keçirən PKK və digər terror təşkilatlarını görmək istəmir. Əksinə, həmin terror təşkilatlarına dəstək verir. Bu qərar həm də Avropa Parlamentinin Türkiyəyə qarşı ikili standartlara söykənən mövqeyinin bariz nümunəsidir. Qərb özünü dünyaya mədəniyyətin, demokratiyanın, insan haqları qorunmasının beşiyi kimi təqdim etsə də, bunların tam əksi olan keyfiyyətlərə malikdir. Avropa Parlamentinin bu qərarı da beynəlxalq hüququn və demokratiyanın tələblərindən çox uzaqdır".

Prezidentin müşaviri qeyd edib ki, sözügedən qərar Türkiyə üçün dəyəri olmayan kağız parçasıdır.



S.Sərtçəlik vurğulayıb ki, Avropa Parlamentinin sözügedən qərarı Türkiyənin Rusiya ilə münasibətlərini düzəltməsinə qarşı atılan addımdır:



"Son vaxtlar Türkiyə Rusiya ilə münasibətlərini düzəltməyə çalışır. İnşallah, bu əlaqələr ən yüksək səviyyəyə çatacaq. Ancaq Avropa Parlamentinin bu əlaqələri NATO-ya rəqib kimi başa düşməsi doğru deyil. Bu sırf iqtisadi əlaqələrdir. Türkiyə hərbi müttəfiq kimi NATO-nun üzvü olan dövlətdir. Rusiya ilə Türkiyə arasında münasibətlər daha çox iqtisadi əməkdaşlığa söykənir. Çox təəssüf ki, Qərb Şanxay Əməkdaşlıq Təşkilatını özünə hərbi rəqib olaraq görür. Amma Şanxay Əməkdaşlıq Təşkilatı da iqtisadi qurumdur".

Prezidentin müşaviri Avropa Birliyinə açıq xəbərdarlıq da edib:

"Avropa Birliyi Türkiyəni istəmirsə, biz də məcbur qalıb Şanxay Əməkdaşlıq Təşkilatına qoşula bilərik. Onsuz da Şanxay Əməkdaşlıq Təşkilatı hərbi qurum deyil, iqtisadi təşkilatdır. Şanxay Əməkdaşlıq Təşkilatı ilə Avropa Birliyini eyni səviyyədə dəyərləndirmək də doğru deyil. Yəni, Avropa Birliyi həm siyasi, həm də iqtisadi güc təşkilatıdır. Şanxay Əməkdaşlıq Təşkilatı isə sırf iqtisadi əməkdaşlıq qurumudur".


Teqlər:
Bu xəbər cəmi 1860 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR