Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Əli Həsənov Rusiya ilə yaranmış münasibətlərdən danışdı

Əli Həsənov Rusiya ilə yaranmış münasibətlərdən danışdı
İyunun 5-6-da Volqoqradda 5-ci Rusiya-Azərbaycan regionlararası əməkdaşlıq üzrə forum keçiriləcək.


“Yenimeydan.info ”nun məlumatına görə, bu sözləri Publika.Az-a eksklüziv açıqlamasında Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. 

 Forumda özünün də iştirak edəcəyini vurğulayan PA-nın şöbə müdiri söyləyib ki, forumda Rusiya-Azərbaycan münasibətlərinin müxtəlif aspektlərinə dair müzakirələr aparılacaq. 

 Rusiya-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini də qiymətləndirən Ə.Həsənov deyib: "Hesab edirəm ki, hazırda Azərbaycan-Rusiya münasibətləri bütün səviyyələrdə normaldır və qarşılıqlı tərəfdaşlıq əhval-ruhiyyəsi mövcuddur. Həm Rusiya, həm də Azərbaycan tərəfi iki ölkə arasında münasibətlərin inkişafında maraqlıdır. Bu haqda mənim Həştərxanda keçirdiyim görüşlərdə də bəhs olunub. Bir neçə gün əvvəl burada Xəzər hövzəsi üzrə ölkələrin Rusiyadakı səfirlərinin toplantısı keçirilib. Həmin toplantı ilə bağlı mediada gedən məlumatlardan da aydın görmək olar ki, Rusiya Xəzər hövzəsi ölkələri arasında Azərbaycanla tərəfdaşlıq münasibətlərini davam etdirməkdə maraqlıdır. Biz də bu əməkdaşlığın davam etdirilməsində maraqlıyıq. Bütün bunlar isə xalqlarımızın və dövlətlərimizin maraqlarına qarşılıqlı olaraq cavab verir. Bu istiqamətdə də bizim Rusiya ilə münasibətlərdə heç bir narazıçılıq yoxdur, vəziyyət çox normal gedir".

Qeyd edək ki, PA-nın şöbə müdiri Ə.Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak edir. Bu gün Həştərxanda keçirilən tədbirdə Əli Həsənovla yanaşı, Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, bir qrup millət vəkilləri, Azərbaycan diasporunun nümayəndələri və Həştərxan ictimaiyyəti iştirak ediblər.


Teqlər:
Bu xəbər cəmi 1295 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR