Türkiyədə prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək.
Modern.az xəbər verir ki, bunu TRT-yə müsahibəsində Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
O bildirib ki, yeni konstitusiya ilə bağlı parlamentdəki işlər 2017-ci ilin yanvarın sonunadək tamamlanacaq.
“Çünki koalisya hökumətinin yaranması narahatlığını yaşamamaq üçün Türkiyədə bir partiyanın hakimiyyətini təmin edəcək sistemə ehtiyac var”.
Baş nazir həmçinin prezident və parlament üzvlərinin səlahiyyət müddətinin 5 il olacağını da qeyd edib.