ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində yaşayan erməni özünü öldürüb.
Modern.az xarici mediaya istinadən bildirir ki, arvadına hücum etməkdə şübhələnən kişi özünü qatarın altına atıb.
Polisin sözlərinə görə, 57 yaşlı Qenrik Manukyan qəsdən özünü qatarın altına atıb. O, şübhəli kimi axtarışda olub.
Polisdən verilən digər xəbərə görə, Manukyanın 50 yaşlı arvadı bir gün əvvəl boğaz nahiyəsindən dərin kəsik xəsarəti ilə tapılıb. Qadın xəstəxanaya yerləşdirilib.