Mərhum Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarənin ölməsi və ya öldürülməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur.
Lent.az istinadən xəbər verir ki, bu barədə əməkdaşımıza bu respublikadakı mənbəmiz bildirib. Mənbənin dediyinə görə, xanım Kərimova Daşkənddə və öz evindədir.
"Bəzi KİV bu barədə xəbər yaysalar da, əslində, heç bir əsası yoxdur. Ən müxalif özbək KİV-i belə bu məlumatı təsdiq etmirlər", - deyə mənbə bildirib
Xatırladaq ki, bu gün bəzi KİV Gülnarə Kərimovanın öldürüldüyü barədə xəbərlər yayıblar.