Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

MTRŞ: "Bu, yersiz hərəkət idi"

MTRŞ:


"Hər dəfə bildiririk ki, yayımçılar Azərbaycanın tamaşaçı auditoriyasının həssaslığını nəzərə almalıdır. Efirdə aparıcının unitazda formal olaraq oturması və ya tualet mövzusunda danışması qanunla qadağan deyil. Amma ümumilikdə milli mentalitet, azərbaycanlı tamaşaçısının həssaslığı baxımından bu, yersiz hərəkət idi. Yerli yayımçılar bunu nəzərə almalıdır".  



Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O qeyd edib ki, ola bilsin, yayımçı bununla diqqət çəkmək, eksperiment etmək istəyib: "Lakin bunun doğuracağı reaksiyanı nəzərə almayıb. Əlbəttə, milli efirin monotonluğu, yeknəsəqliyi, eksperimentlərdən uzaqlığı məqbul deyil, amma bununla bərabər, tamaşaçını qıcıqlandıracaq addımlara da yol vermək olmaz. "Ferma" realiti-şousunda mütəmadi baş verən qalmaqallar da xoşagələn deyil və tənqidlərə tuş gəlir. Bu da onu deməyə əsas verir ki, ssenaridə, formatda müəyyən dəyişikliklər edilməlidir. Biz yaradıcı işə müdaxilə etmirik. Amma tamaşaçının xoşuna gəlməyən hala müxtəlif formada reaksiya verməsinin də qarşısını ala bilmərik. Hazırda ölkə əhalisinin 75 faizinin internetə, bununla da sosial şəbəkələrə çıxış imkanı var. Sosial şəbəkələrdə, mediada kütləvi şəkildə tənqidlər yer alırsa, bu zaman müvafiq olaraq, yayımçı da, tənzimləyici qurum da məsələyə laqeyd qala bilmir. Bu baxımdan yayımçılar ehtiyatlı olmalıdır. Baş verən hallarla bağlı kanal təmsilçiləri ilə müvafiq səviyyədə müzakirələr aparılıb. Ümid edirik ki, gələcəkdə bu cür hallar olmayacaq".



Qeyd edək ki, yuxarıda qeyd olunan məsələ ARB telekanalında yayımlanan proqramda baş verib.


Teqlər:
Bu xəbər cəmi 1720 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR