Prezident İlham Əliyev Hindistan Respublikasının prezidenti Pranab Mukherciyə başsağlığı məktubu göndərib.
AZƏRTAC bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab prezident,
Uttar-Pradeş ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".