Əfqanıstanda məscidə hücum nəticəsində azı 27 nəfər ölüb, 35 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, terror aktı Kabilin Çahar Qala rayonunda şiə məscidində baş verib.
Terrorçu-kamikadze özünü məscidin içində partladıb.
Ölənlər arasında uşaqların da olduğu bildirilir.