Türkiyə Birləşmiş Ştatlarla razılığa gələ bilmədi.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın CBS telekanalına müsahibəsində deyib.
Dövlət başçısı ABD ilə YPG terror qruplaşmasına silah-sursat tədarükü ilə bağlı razılıq əldə olunmamasına toxunub: "İŞİD ilə savaşdığı üçün digər terror təşkilatını müdafiə etmək olmaz. Terror təşkilatları arasında "yaxşı-pis" deyə fərq qoymaq olmaz. Lakin biz bu məsələdə ABŞ ilə anlaşa bilmədik".
Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülənin ekstradisiyasına da münasibət bildirən R.T.Ərdoğan qeyd edib: "Bundan əvvəl Türkiyə günahkarları ABŞ-a ekstradisiya etmişdi və eyni hərəkəti Birləşmiş Ştatlardan gözləyirdik".