Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı çərçivəsində 3 türk hərbçi yaralanıb.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından verilən məlumata görə, ötən gün keçirilən əməliyyat zamanı Türkiyə SQ İŞİD terror qruplaşmasının 80, PYD-nin isə 1 mövqeyini məhv edib.
Döyüşlərdə "Azad Suriya Ordusu"nun bir üzvü həlak olub.