Bakıdan Siyəzən rayonuna getmək üçün taksi axtaran şəxs naməlum şəxslər tərəfindən bıçaqlanıb.
Report bildirir ki, hadisə Nəsimi rayonunda, "Şamaxinka" kimi tanınan ərazidə baş verib.
Belə ki, 27 yaşlı Fərid Tahir oğlu Yusifova iki nəfər naməlum şəxs yaxınlaşaraq ondan pul istəyiblər. Cibində rayona getmək üçün müəyyən məbləğdə pulu olduğunu deyən F.Yusifovla həmin şəxslər arasında mübahisə düşüb. Nəticədə onlar F.Yusifova iki bıçaq zərbəsi vuraraq ərazini tərk ediblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.