Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Qaytaraq, nazir bunu əməlli işləyib göndərsin...” - Deputatlar etiraz etdi

“Qaytaraq, nazir bunu əməlli işləyib göndərsin...” - Deputatlar etiraz etdi


Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik millət vəkilləri arasında müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, qanuna təklif edilən dəyişiklik “daşınar əmlakın ipotekasının dövlət qeydiyyatına alınması” ilə bağlı yeni rüsum növünün tətbiqi ilə əlaqədardır. “Daşınar əmlak”ın nə demək olduğu isə layihədə açıqlanmayıb və millət vəkilləri buna etiraz edib.



Millət vəkili Vahid Əhmədov “daşınar əmlakın ipoteka məqsədilə dövlət qeydiyyatına qoyulması”nın nə demək olduğunu anlamadığını bildirib: “Daşınar əmlak nədir? İpoteka fondu olanda daşınmaz əmlak sözü var idi. İndi bu daşınar əmlak sözünü kim fikirləşib ortaya atıb, bunu araşdırmaq lazımdır. Bunun arxasında nə olduğunu bilmək lazımdır. Daşınar əmlakın böyük siyahısı var. Sabah biri gətirib üzük qoyacaq. Lombardları necə biabrıçı vəziyyətə döndəriblər. İpotekanı da biabırçı vəziyyətə döndərəcəklər. Bu məsələni mütləq araşdırmaq lazımdır”.



Komitə sədri Ziyad Səmədzadə qeyd edib ki, Vahid Əhmədovun dediklərində böyük həqiqət var: “Biz dünən də bunu iki saat araşdırdıq. Bir konkret nəticəyə gələ bilmədik. Məsələn, miqyası balaca olan çox böyük əşyalar var. Bir rəsm əsərinin ola bilər ki auksionda milyonlarla dəyəri olsun.



Bir dəfə də bunu qaytaraq Şahin Mustafayevə əməlli işləyib göndərsinlər”.



Millət vəkili İlham Əliyev qeyd edib ki, ipoteka odur ki, insanlar yaşayış şəraitini düzəltmək üçün imkanı olmayanda dövlət tərəfindən pul götürür və o pul evi tikənə ödənilir: “Vətəndaş da o evdə yaşaya-yaşaya pulu dövlətə qaytarır. Əgər mağazaya bahalı bir rəsm əsəri satılırsa, o əsəri almaq üçün gedib dövlətdən xahiş edəcəm ki, onun pulunu ödəsin, sonra mən yavaş- yavaş qaytarım?



Nə olar ki bir dəfə bunu qanunvericilik təşəbbüsü ilə çıxış edən tərəfə qaytaraq ki, normal işləyib göndərsinlər”.



Millət vəkili Cavid Qurbanov da həmkarlarının fikirlərini dəstəkləyərək bildirdi ki, qanunvericilik təşəbbüsü ilə çıxış edən qurum qarşısında “ daşınar əmlak”ın konkret siyahısnın müəyyənləşdirilməsini təklif etmək lazımdır: “ Qoy siyahlı hazırlasınlar ondan sonra baxaq”.



Qeyd edək ki, sözügedən qanun layihəsinə təklif edilən dəyişilik müzakirələrdən sonra gündəlikdən çıxarılıb və qanunvericilik təşəbbüsü subyektinə yenidən araşdırılması üçün göndərilib.


Teqlər:
Bu xəbər cəmi 1575 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR