Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazir: “Vətəndaşlar artıq TSEK-lərə müayinə üçün getməyəcək”

Nazir: “Vətəndaşlar artıq TSEK-lərə müayinə üçün getməyəcək”


"Vətəndaşlar artıq Tibbi-sosial ekspert komissiyalarına (TSEK) müayinə üçün getməyəcək".



"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.



O bildirib ki, Nazirlər Kabinetinin əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə qəbul etdiyi tibbi dəyişikliyə əsasən, artıq ölkədə olan 37 tibbi-sosial ekspert komissiyalarında hər hansı ilkin və təkrar müayinə həyata keçirilməyəcək: "İndi insanlar Səhiyyə Nazirliyinin hər rayonun özündə olan həkim məsləhət komissiyasına gedəcək. Orada onun əlilliyi olub-olmaması müəyyən olunacaq və ona verilən əlilliyin müəyyənləşməsi üçün elektron göndəriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosail Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürüləcək".



Nazir qeyd edib ki, artıq TSEK şifrələnmiş göndərişin hansı səhiyyə müəssisəsi tərəfindən verildiyini və hansı şəxsə aid olduğunu bilmədən, yalnız göndərişdəki məlumatlar əsasında xəstəliyin vəziyyətinə uyğun olaraq əlillik təyin olunub-olunmasına dair qərar qəbul ediləcək.TSEK göndəriş əsasında əlilliyin qiymətləndirilməsini iki iş günü ərzində yerinə yetirəcək".



Onun sözlərinə görə, bununla da TSEK-lərdə olan işçilərlə vətəndaşlar arasındakı əlaqə tamamilə aradan qaldırılır.


Teqlər:
Bu xəbər cəmi 1710 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR