Suriya rejiminin hava hücumları və artilleriya zərbələri nəticəsində Hələbin şərqində müxaliflərin nəzarətində olan hissədə yerləşən bir uşaq xəstəxanası, qan bankı və təcili yardım qərargahını vurduğu deyilir.
Milli.Az sozcu-yə istinadən bildirir ki, amansız hücumlar zamanı aralarında xeyli sayda uşağın da olduğu 32 şəxs ölüb.
Ağ kaskalılar (White Helmets) adlanan xilasetmə qruplarının sözçüsü Bebarsin "Reuters"ə etdiyi açıqlamada: "Döyüş təyyarələri heç dayanmadı. Hal-hazırda belə bombalamağa davam edirlər", - deyib.