Əslən azərbaycanlı olan tanınmış Türkmənistan müğənisi Nazir Həbibov narkotik ittihamı ilə 12 il azadlıqdan məhrum edilib.
Virtualaz.org xəbər verir ki, o, istifadə etmək üçün dəfələrlə narkotik maddə əldə etməkdə ittiham olunur.
Kütləvi İnformasiya vasitələrinin məlumatına görə, hökumət nümayəndələri məhkəmədən sonra müğənninin həyat yoldaşı Rita ilə görüşüb və ondan heç kimə müsahibə verməməyi tələb ediblər.
Başqa bir məlumata görə isə avqustun 28-də Nazir Həbibovla yanaşı başqa digər tanınmış müğənni Hacı Yazməmmədov da saxlanıb, amma bir müddət sonra o, sərbəst buraxılıb.
Nazir Həbibov bu yaxınlarda Türkmənistan dövlət televiziyasının efirində narkotik qəbul etməsini etiraf eləmiş və üzr istəmişdi.Azərbaycanlı ailəsində doğulan Nazir Həbibovun həyat yoldaşı Rita da azərbaycanlıdır. Türkmənistanda ən bahalı toy müğənnilırindən olan Nazir Həbibovun həm də çoxsaylı klip və albomları var.