Bu gün Qahirədə kasasiya məhkəməsi Misirin sabiq prezidenti Məhəmməd Mursinin edam cəzasını ləğv edib.
RİA Novosti informasiya agentliyi xəbər verir ki, məhkəmə Məhəmməd Mursi ilə bərabər, “Müsəlman qardaşları” hərəkatının bir sıra digər üzvləri barədə çıxarılmış ölüm hökmlərinin ləğvinə dair də qərar qəbul edib. “Youm7” xəbər portalının məlumatına görə, işlə bağlı yeni araşdırma təyin olunub.
Xatırladaq ki, sabiq prezident və onun silahdaşları ölüm cəzasına həbsxanadan qaçışların və asayiş keşikçilərinə hücumların təşkili ittihamı üzrə məhkum edilmişdilər.