Qazaxıstanda ölkənin ilk və yeganə prezidenti Nursultan Nazarbayevin şəkli olan əskinas buraxılacaq.
Banknotun buraxılması ölkədə dekabrın 1-də qeyd olunan ilk prezident gününə həsr olunub.
"Xəbər" telekanalının məlumatına görə, artıq əskinas Astanada keçirilən Qazaxıstan Milli Bankının "Qazaxıstanın müstəqilliyinin 25 ili: milli valyuta" adlı konfransda nümayiş etdirilib.
Nursultan Nazarbayevin şəkli olan əskinas 10 min təngə dəyərindədir və suvenir məqsədi daşıyır.