Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ramiz Mehdiyev komissiya sədri təyin edildi

Ramiz Mehdiyev komissiya sədri təyin edildi


Prezident İlham Əliyev Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.



Qafqazinfo” xəbər verir ki, sərəncamda bildirilir ki, ölkənin su, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarları uzun müddət istismar olunduğundan bu hidroqovşaqlarda mövcud problemlərin öyrənilməsi və qiymətləndirilməsi, baş verə biləcək texnogen proseslərin proqnozlaşdırılması zərurəti yaranıb.



Göstərilən su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarlarının istismar vəziyyətinin öyrənilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:



Komissiyanın sədri



Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri



Komissiyanın üzvləri:



Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini;



Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;



Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri;



Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri;



Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri;



Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri;



Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri;



Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri;



Qorxmaz Hüseynov - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri;



Əhməd Əhmədzadə - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.



Sərəncamda komissiya qarşısına göstərilən su anbarlarının hidrotexniki qurğularında və su mühafizə zonasında mövcud problemləri araşdırmaq, su anbarlarının bəndlərinə təhlükə yaradan amilləri müəyyənləşdirmək, texniki təhlükəsizliyini təmin edən tədbirlərə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim emək vəzifəsi qoyulub.


Teqlər:
Bu xəbər cəmi 955 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR